Ən elmli ölkələr | İnfoqrafika

   Ən elmli ölkələr    | İnfoqrafika
  06 Dekabr 2023    Oxunub:2101
Dünyanın ən elmli ölkəsi hansıdır? Əgər əhalinin hər 100.000 nəfərinə düşən elmi məqalələrin sayına əsasən götürsək, onda İsveçrə! Orada bir il ərzində hər 100.000 əhaliyə 267 elmi məqalə düşür.
İlk beşlikdəki digər yerlərdə Sinqapur, Danimarka, Norveç, İsveç “mübarizə aparırlar”. Finlandiya da onlardan geri qalmır. Ümumiyyətlə, Skandinaviya bölgəsində elmlə məşğul olanlar çoxdur. Bəlkə həmin regionun ölkələrindəki yüksək rifahın səbəblərini həm də elə bunda axtarmaq lazımdır?

Niderland, Yeni Zelandiya, Kanada, İrlandiya, Portuqaliya da ilk 15-likdə yerləşiblər. Böyük Britaniyada son illərdə elmi məqalələrin sayı azalsa da, ingilislər hələ reytinqdə qalırlar.


"The Spectator": Böyük siyasətin "qartopu" oyunu

Əlbəttə, say hesabı ilə götürsək, bu siyahıda olmayan ABŞ-da alim daha çoxdur. Amma Ştatların əhalisi də çoxdur. Nəticədə hər yüz min nəfərə düşən elmi məqalələrin sayı azalır. Yəni belə alınır ki, elm inkişaf etsə də, cəmiyyətin ümumi “elmlilik göstəricisi” aşağı olur.

Samir Quliyev
AzVision.az


Teqlər: İnfoqrafika   Elm  





Xəbər lenti